Məşhur qapıçı qışa qədər klubsuz qala bilər

“Tottenhem”in artıq xidmətinə ehtiyac duymadığı qapıçı Uqo Lloris ən azı yanvar ayına qədər futboldan kənarda qalma riski ilə üzləşib.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, 36 yaşlı fransalı qolkiperin Avropa liqalarının əksəriyyətində transfer pəncərəsinin bağlandığı sentyabrın əvvəlinə qədər yeni komanda tapmağa vaxtı olmayıb. Bu baxımdan, o, qışa qədər meydana çıxmaya bilər.

“Tottenhem”də Llorislə bağlı vəziyyətdən məyusdurlar, çünki onun klub tapmaq üçün kifayət qədər vaxtı olduğuna inanmırlar.

Lloris hələ də transfer pəncərəsinin açıq olduğu Səudiyyə Ərəbistanı və ya Türkiyədən bir kluba keçə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button