Klub tarixinin ən bahalı transferi oldu

Hollandiyanın PSV klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Erediviziya təmsilçisi “Leyptsiq”dən Armindu Brumanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

PSV Bruma üçün “Leyptsiq”ə 15 milyon avro təzminat ödəyəcək. Portuqaliyalı futbolçu PSV-də klub tarixinin ən bahalı transferi olub.

Bruma 2017-ci ildə “Qalatasaray”dan “Leyptsiq”ə transfer olunub. Portuqaliyalı yarımmüdafiəçi son mövsümdə Bundesliqada 14 qarşılaşmada iştirak edərək, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button