“Hiss edirəm ki, zirvədəyəm” – MY-nin yeni transferi

“Mançester Yunayted”in yeni transferi Marsel Sabitzer İngiltərə klubuna keçidini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni komanda yoldaşları haqda danışıb:

“Həyatda bəzən tez və vacib qərarlar qəbul etməli olursan. “Qırmızı şeytanlar”a keçməyi doğru addım kimi görürəm.

Bu mövsüm məqsədlərimizə çatmaq üçün komanda yoldaşlarıma kömək etmək istəyirəm. Hiss edirəm ki, zirvədəyəm. Komandanın oyun üslubuna fayda verə bilərəm”.

Premyer Liqa klubu avstraliyalı futbolçunu cari mövsümün sonuna qədər “Bayern”dən icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button