“Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis, 1:0 hesabıyla bitən görüşü belə şərh edib:

  • Belə oyun gözləyirdik. Rəqib böyük qüvvə ilə müdafiə olunurdu. Əks-hücumlara bel bağlayırdı. Oyundan əvvəl və fasilədə də oyunçulara bildirdik ki, səbrli olmalıyıq. Qol vuracağımız məqamı gözləməliydik. Lazım olan qolu da vurduq. İndi istirahət edib, daha sonra Ukrayna ilə oyuna hazırlaşacağıq.
  • Rəqibin baş məşqçisi bildirdi ki, Azərbaycan millisi daha qorxaq və ehtiyatlı oynadı. Bu fikirlə razısızmı?
  • Ehtiyatlı oynamağımıza səbəb, hücumlarımızı fərqli qurmağımız idi. Daha çox cinahlardan hücum edib, qol vurmaq istəyirdik.
  • Komanda daha çox hücumlarda cinahlardan ötürmə edirdi və yerlə olurdu. Bu, taktiki tapşırıq idimi?
  • Bundan əvvəl İsveçrə ilə oyunda da bu halla qarşılaşmışdıq. Tapşırmışdıq ki, yerlə ötürmə edək. Çünki “ikinci mərtəbə”də istənilən səviyyədə ola bilmirik. Ona görə də, futbolçulara daha çox yerlə ötürmə etmələrini tapşırmışdım.
  • Artıq ikinci dəfədir ki, milli Sumqayıtda oynayır. Ancaq yenə də “Sumqayıt”lı oyunçular start heyətdə meydana buraxılmır. Bu da azarkeşlərin narazılığına səbəb olur…
  • Bu gün iş günü idi və oyun da saat 6-da idi. Azarkeşlərimizə təşəkkür edirəm. Heyəti müəyyənləşdirərkən hansı oyunçunun hansı klubda olmasına baxmıram. 3 “Sumqayıt”lı bu gün meydana çıxdı. Sumqayıt şəhər stadionu bizi qane edir, yenə burda oynamaq istəyərdik. “Sumqayıt”ın futbolçuları daha çox çalışıb, məni vadar etməlidilər ki, onları stat heyətdə meydana buraxım.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button