“Hesabı biz açsaydıq…”

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Barselona”ya 0:3 hesabı ilə məğlub olan “Mançester Yunayted”in müdafiəçisi Eşli Yanq matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, oyunun çox çətin keçdiyini deyib:

“Çox çətin oyun oldu. Matça yaxşı başladıq, ilk 15-20 dəqiqə ərzində bir neçə epizod yaratdıq, amma təəssüf ki, onları qola çevirə bilmədik. Rəqib komanda qarşılaşmada üzərinə düşəni etdi və qələbə qazandı. Hesabı biz açsaydıq, tamamilə fərqli oyun olardı”.