“Heç-heçə bizi qane etdi” – Azər Bağırov

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 9-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Birinci hissədə daha çox topsuz qaldıq. Bununla da ikinci hissə üçün işimizi gördük. Fasilədən sonra isə daha çox əks-hucumlar qurmağa və qol vurmağa çalışdıq. Səfərdə oynadığımızı da nəzərə alsaq, nəticə qənaətbəxş oldu.
Adətən rəqib komanda hesabı bərabərləşdirdikdən sonra müəyyən psixoloji üstünlük qazanır. Yenidən əvvəlki duruma qayıtmaq üçün 2-3 dəqiqə vaxt lazım olur. Bizdə də “Sabah” qol vurduqdan sonra belə hal yaşandı. Şükürlər olsun ki, 1 xal qazandıq və xal ehtiyatımızı artırdıq”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button