“Hazırkı vəziyyətlə başa çıxmalıyıq” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp transferlərlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, qış transfer dövründə heyətin gücləndirilməsi ilə bağlı suallara cavab verib:

“Təbii ki, komandada bir-birini əvəzləyəcək futbolçularımız var, amma indi zədələrə görə çətinlik çəkirik. Vəziyyət belədir, bir futbolçu zədələnir, sağalar-sağalmaz yenidən sıradan çıxır. Transfer dövründə yeni futbolçular ala biləcəyikmi, bilmirəm. Hər kəs üçün çox çətin dövrdür. Bir çox klubun transfer üçün pulu yoxdur. Maliyyə kifayət etməyəndə, futbolçu almaq məntiqli deyil. Hazırkı vəziyyətlə başa çıxmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button