“Hazırda onunla yeni müqavilə üçün danışıqlar aparırıq” – Poçettino

İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınmış oyunda “Brayton”u 1:0 hesabı ilə məğlub edən “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, klubla müqaviləsi gələn il bitəcək Kristian Eriksenlə bağlı danışıb:

“Klub Eriksenlə davam etmək istəyir, məncə, o da gələcəkdə “Tottenhem” forması geyinmək niyyətindədir. Hazırda onunla yeni müqavilə üçün danışıqlar aparırıq. Düşünürəm ki, cari mövsümün sonunda onunla müqaviləni uzatmış olacağıq. Bununla bağlı danışmaq üçün vaxtımız çoxdur. Qarşımızda çox əhəmiyyətli oyunlar var. Hazırda özümüzü toparlamağa, növbəti oyunlara hazırlaşmaq üçün köklənmişik. Mövsümün sonunda nələr olacağını görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button