Buffon “Real” və “Barselona”ya “yox” deyib

Hazırda İtaliyanın “Parma” klubunda çıxış edən Canluici Buffon 2018-ci ildə “Real” və “Barselona”dan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə 43 yaşlı qapıçı İtaliya mətbuatına açıqlamasında deyib:

“2018-ci ildə karyeramı PSJ-də davam etdirmək qərarına gəldim. Həmin vaxt İspaniyanın “Real” və “Barselona” klubundan təklif almışdım. Ən sərfəli təklif PSJ-dən gəlmişdi. Orda əsas qapıçı olacağımın zəmanəti yox idi. İdmanda rəqabət yaxşı bir şeydir və mən buna hazır idim”.

Buffon 2018/19 mövsümündə PSJ-də çıxış edib.