“Əvvəllər də burda oynamaq istəmişəm, indi də gec deyil” – Hazard

“Real”ın “Çelsi”dən transfer etdiyi Eden Hazard “Santyaqo Bernabeu” stadionunda keçirilən təqdimat mərasimində açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu, “kral klubu”nda oynamağın böyük şərəf olduğunu bildirib:

“Uşaq olarkən, “Real”da oynamağı xəyal edirdim. Futbolçu karyerama başladıqdan sonra əvvəlcə Fransada, sonra isə İngiltərədə oynadım. Hazırda bu formanı geyinmək mənim üçün böyük şərəfdir. Yeni mövsüm üçün səbirsizlənirəm.

Əvvəllər də burda oynamaq istəmişəm, indi də gec deyil. Hazırda 28 yaşım var, bu, futbolçu karyerasının ən yaxşı dövrüdür. Karyeram ərzində “Lill”, “Çelsi” kimi klublarda oynadıqdan sonra dünyanın ən yaxşı komandasında forma geyinməyin vaxtı gəldiyini düşündüm.

Bundan sonra sadəcə ən yaxşı futbolçu olmaq üçün deyil, dünyanın ən yaxşı klubunun bir parçası olmaq üçün də çalışacam. “Çelsi” ilə böyük uğurlar qazandım, “Real”la daha artığına nail olmaq istəyirəm”.

“Real” Hazarda görə London klubuna 100 milyon avro ödəyib. Bununla da, 28 yaşlı futbolçu klub tarixinin ən bahalı transferinə çevrilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button