Hazard Ançelottini təəccübləndirib

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçusu Eden Hazardın fiziki hazırlıq səviyyəsinə təəccüblənib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, belçikalı futbolçu mövsümöncəsi ilk məşqdə yüksək performans göstərib və mövsümün startına hazır olduğunu nümayiş etdirib. “Real” bu yay Hazardı satmaq istəyirdi.

Ançelottinin təəccüblənməsinə səbəb, futbolçunun 2021/22 mövsümünün çox hissəsində zədələrə görə müalicə olunmasıdır.

Hazard “kral klubu”nda 66 oyun keçirib, 6 qol vurub, 10 məhsuldar ötürmə edib. “Real”da olduğu müddətdə futbolçu 16 dəfə zədə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button