“Hansı qərarı verəcəyimizə əmin deyildik” – Kaysedonun agenti

“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedonun agenti Manuel Sierra onun transferi zamanı “zadəganlar” və “Liverpul” rəhbərliyi ilə danışıqları şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, futbolçunun agenti yayda çətin vəziyyətdə olduqlarını bildirib:

“Yayda özümüzü olduqca çətin vəziyyətdə tapdıq. Biz artıq “Çelsi”yə söz vermişdik ki, Kaysedo onların oyunçusu olacaq, lakin sonra birdən “Liverpul” seçimi yarandı. Bir müddət çaşqın idik, başımız fırlanırdı. Hansı qərarı verəcəyimizə əmin deyildik. Və sonra “Brayton” rəhbərliyi bildirdi ki, ertəsi gün Kaysedo “Liverpul”da tibbi müayinədən keçməlidir. Hamı üçün çox gözlənilməz, tam sürreal idi.

“Brayton” Yurgen Kloppa Kaysedo ilə danışıqlara razılıq verdi. Ancaq biz hamımız əvvəldən çox yaxşı başa düşdük ki, “Çelsi” “Liverpul”un təklifini təkrarlasa, Moyses Londona gedəcək. Kaysedo “Çelsi”yə onlara keçəcəyinə söz vermişdi. Buna görə də, “Liverpul” təklif edəndə biz “Brayton” rəhbərliyindən gözləməyi və “Çelsi”nin də eyni və ya daha təsirli təklif edəcəyini görməsini xahiş etdik”.

21 yaşlı ekvadorlu futbolçu avqustun 14-də “Brayton”dan “Çelsi”yə keçib. Kaysedonun “zadəganlar”la müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button