“12 klubdan yalnız 10-u Qakponu ala bilər” – PSV rəsmisi

PSV-nin idman direktoru Marsel Brands futbolçu Kodi Qakponun mümkün transferi ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, 23 yaşlı hücumçu ilə bağlı hələlik rəsmi təklif almadıqlarını bildirib:

“Yanvar ayında 12 klubdan yalnız 10-u Qakponu ala bilər. Gəlin, görək, bu baş verəcəkmi? Hazırda rəsmi təklif almamışıq. Hansı klub yanvarda onu sıralarına qatmaq üçün mübarizə aparacaq?”

Niderlandlı futbolçu ilə “Mançester Yunayted”, “Liverpul” və “Real” maraqlanır.

Qakpo bu mövsüm PSV-nin heyətində 24 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button