“Hamımız günahkarıq” – Buskets

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Liverpul”a 0:4 hesabı ilə məğlub olan “Barselona”nın futbolçusu Serxio Buskets matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, nəticədə bütün komandanın günahkar olduğunu deyib:

“Rəqib ilk dəqiqələrdən etibarən yaxşı oynadı. Buna baxmayaraq, bizim də 0:1-dən sonra qol şanslarımız, epizodlarımız vardı. “Liverpul” ikinci hissədə ard-arda iki qol vurduqdan sonra daha çox inanmağa başladı. Yaratdığınız epizodları qola çevirə bilməsəz, rəqibiniz daha inamlı oynamağa başlayar, azarkeşləri də onları cəsarətləndirər.

Oyun bitdikdən sonra “belə olsaydı” demək çox asandır, amma reallıq fərqlidir. Bir çox cəhətdən zəif nöqtələrimiz vardı. Hansısa futbolçunu günahlandıra bilmərik, hamımız günahkarıq. Bizim kimi yaxşı komanda üçün bu, qəbul edilməsi çətin olan vəziyyətdir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button