“Hamımız Elxana inanırıq” – “Səbail”in futbolçusu

“Səbail”in futbolçusu Emil Martinov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”la qarşılaşacaqları oyun barədə fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan bolqarıstanlı yarımmüdafiəçi, matçla bağlı bunları deyib:

“Oleksandr Rıbkanın zədələnməsi komandamız üçün böyük bir itkidir, ancaq hamımız Elxan Əhmədova inanırıq. O, bacarıqlı, sakit və özünə inamlıdır. “Qarabağ” üçün hazır olacağıq”.

“Qarabağ” – “Səbail” matçı mayın 5-də, saat 18:00-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button