“Hamı onun xətrini çox istəyirdi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fotoqraf Elmir Kərimovun klubdan uzaqlaşdırılması barədə xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, o, Premyer Liqanın 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan (1:1) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bir məsələyə əmin olmaq üçün onu yüzdə yüz dəqiqləşdirmək lazımdır. Fotoqraf Elmirlə bağlı məsələni sosial şəbəkələrdə gördüm. Burada onu müzakirə etmək istəmirəm. Neçə illərdir ki, o, çox əziyyət çəkir. Hamı onun xətrini çox istəyirdi. Rəhbərliyin də onunla işbirliyi olurdu. Birdən-birə belə məsələnin üzə çıxması heç də xoş deyil. Bu klubda mən gəldiyim gündən həmişə imkansızlara böyük yer ayrılıb. Məncə, bu, çox ciddi məsələ deyil. O qədər olub ki, rəhbərlik və məşqçi dost olublar, amma xırda məsələyə görə yolları ayrılıb. Xırda detallarla yaxından maraqlansaq, bilsək, daha yaxşı olar. Hər bir Azərbaycan vətəndaşının gözümüzün üstündə yeri var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button