“Hamı görür ki, Çempionlar Liqasında qalib gəlmək nə qədər çətindir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının ümumi mərhələsində komandasının turnir cədvəlindəki mövqeyi ilə bağlı fikirlərini bölüşüb.

Dünən səfərdə Praqa “Slaviya”sını 4:2 hesabı ilə məğlub edən Kataloniya klubu bununla da pley-off mərhələsinə vəsiqəni təmin edib. Komanda hələ də ilk səkkizlikdə yer alaraq, birbaşa 1/8 finala yüksəlmək şansını qoruyur.

Son turda “Barselona” doğma meydanda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Flik qarşıdakı oyunun çətin keçəcəyini vurğulayıb:

“Biz növbəti mərhələyə adladıq – bu, yaxşı xəbərdir. Son oyun da bugünkü qarşılaşma kimi çətin olacaq. Hamı görür ki, Çempionlar Liqasında qalib gəlmək nə qədər çətindir, çünki hər kəs yoluna davam etmək istəyir. “Kopenhagen”in hələ pley-off şansları var, buna görə də istədiyimiz nəticəni əldə etmək üçün ən yaxşı oyunumuzu göstərməliyik”.

“Barselona” – “Kopenhagen” matçı yanvarın 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button