Xərçəng xəstəsi olan futbolçu qayıtdı – FOTO

“Borussiya”nın (Dortmund) hücumçusu Sebastyen Haller sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, uzun müddətdir xərçənglə mübarizə aparan və bu səbəbdən müalicə alan futbolçu artıq komanda ilə məşqlərə başlayıb. O, bu barədə aşağıdakı sözləri yazıb:

“Hər kəsin yeni ili mübarək! Bu il mənim üçün çox yaxşı başladı. Çünki yavaş-yavaş yaşıl meydanlara qayıdıram. Ötən il mənim üçün asan keçmədi. Lakin 2022-ci il məni yeni il üçün hazırladı. Hamınızı görməyi səbirsizliklə gözləyirəm”.

28 yaşlı hücumçu 35 milyon avroya “Ayaks”dan “Borussiya”ya keçib. İyul ayında futbolçuya xərçəng diaqnozu qoyulub və əməliyyat olunub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button