Halandla Ronaldonu müqayisə etdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komanda yoldaşı Erlin Halandı Portuqaliya millisində birlikdə çıxış etdiyi Kriştiano Ronaldo ilə müqayisə edib.

Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Halandla Ronaldo arasında bəzi oxşarlıqların olduğunu bildirib:

“Erlinq və Kriştiano fərqli şəxsiyyətlərdir. Onlar çox fərqli insanlardır. Amma məncə, meydanda bir neçə oxşarlıq tapa bilərsiz. Hər ikisi qol vurmağa can atır.

Top qapıya yaxın olanda Haland həmişə orada olur, topun harada olacağını hiss edə bilir. Kriştiano da belədir. Oxşarlıq da budur. Komandalarına kömək etmək üçün qol vurmaq, qol vurmaq və yenidən qol vurmaq istəyi onları çox oxşardır”.

Haland bu mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 49 qol vurub və 8 məhsuldar ötürmə edib.

Ronaldo qış transfer pəncərəsində “Əl Nəsr”ə keçib. Onun Səudiyyə Ərəbistanı klubunun heyətində 12 qol və 2 məhsuldar ötürməsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button