Halanda görə dünyanın ən yaxşı 3 müdafiəçisi

“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haland dünyanın ən yaxşı müdafiəçilərinin adlarını açıqlayıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, norveçli futbolçu, ən yaxşı hesab etdiyi üç müdafiəçinin adını çəkib:

“Fikrimcə, dünyanın ən yaxşı müdafiəçiləri Serxio Ramos (“Real”), Vircil van Dayk (“Liverpul”) və Xalidu Kulibalidir (“Napoli”). Onların hər üçü fiziki baxımdan əladır, həmçinin meydanda çox ağıllı oynayırlar”.