Rövşən Nəcəf: “Qurban Qurbanov Azərbaycan futbolunun inkişafı uğrunda dəyərli fikirlərini bildirir, təkliflərini verir”

AFFA-nın bu gün Hesabat Konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Konfransda qurumun prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırıb:

– Premyer Liqadakı oyunlarda hakimlərlə bağlı ciddi problemlərin olduğu deyilir. Bu barədə fikirləriniz necədir? Məşqçilər şikayətlənir ki, təsir edə bilmirik. Bu barədə strategiya planlaşdırılır?

– Hakimlər emosiyaları nəzərə almır. Qərarları təzyiqə baxmayaraq, dəyişməmək məni sevindirir. Bir məşqçi dəyiş desə, dəyişsə… Hakimlərin qərarlarının dəyişməsi müzakirəyə bağlı məsələdir. Xətalar olur. Hazırkı mərhələdə xətasız oyunlar olması, məncə, mümkünsüzdür. Hakimlərin inkişafı əsas məqsədlərimizdəndir.

– Qurban Qurbanov İcraiyyə Komitəsinin iclaslarında məhdud sayda iştirak edir…

– Oyun qrafikləri imkan verəndə iştirak edir, fikir mübadiləsi aparır. Rəsmi görüş olmadan da bu baş verir. Qurban müəllim Azərbaycan futbolunun inkişafı uğrunda dəyərli fikirlərini bildirir, təkliflərini verir.

– Kadr islahatının olacağını demişdiz. Bu davam edəcək?

– Kadr dəyişikliyi sonsuz islahatdır. Heç bir qurumda “kadr dəyişikliyi başa çatdı” fikri olmur.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button