Bu, ayıbdır – “Ayaks”ın baş məşqçisi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Real”a 1:2 hesabı ilə məğlub olan “Ayaks”ın baş məşqçisi Erik ten Haq, matçdan sonra açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, göstərdikləri oyun haqqında danışıb:

“Oyunun böyük hissəsinə nəzarət etdik, aqressiv təzyiq göstərdik. Bir az daha düzgün oynamalı idik. “Real”a qarşı oynayarkən, yaratdığınız qol epizodlarını qolla bitirməlisiz. Əks təqdirdə, rəqib oyunun nəticəsinə qərar verər. Komandamı bu gün sahib olduğu ruh üçün təbrik edirəm”.

Hollandiyalı mütəxəssis, matçın 37-ci dəqiqəsində komandasının vurduğu qol qeydə alınmadığı üçün videotəkrar sistemini (VAR) tənqid edib:

“Bu, ayıbdır. Hakimlər bizə fərqli açıqlama vermişdi. Epizodun təkrarını gördüm, oyundankənar vəziyyətin olduğunu düşünmürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button