Hakimi təhqir edən baş məşqçiyə 5 oyunluq cəza

AFFA bir baş məşqçini 5, üç futbolçunu 4 oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-14 Liqasında keçirilən “Neftçi” – “Metak” oyununun 18-ci dəqiqəsində qonaqların baş məşqçisi Vüqar Asəliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.

AFFA Gənclər Liqasında baş tutan “Şamaxı” – “Kəpəz” oyununda Gəncə klubunun futbolçusu Amur Yusifov 45-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun diskvalifikasiya olunub.

AFFA U-17 Liqasında keçirilən “Kəpəz” – “Səbail” matçında meydan sahiblərinin futbolçusu Sabir Zeynalov 89-cu dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzaya məruz qalıb.

AFFA U-16 Liqasında isə “Neftçi”nin futbolçusu Altun Xancanlı “Zirə” ilə matçın 66-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button