
Hakimi təhqir edən Azərbaycan klubunun prezidenti 5 oyunluq cəzalanıb
Futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış edən “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev 5 oyunluq cəzalanıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Prezidentin cəzalanmasına səbəb 19-cu turda baş tutan “Ağdaş”la oyundan sonra hakimi təhqir etməsi olub. klub rəsmisinə bu hərəkətinə görə 3 oyun şərti olmaqla 5 oyun cəza verilib. Həmçinin, “Hypers Guba” 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Hypers Guba”nın məşqçisi Rəsul Babazadə isə meydana daxil olaraq hakimi təhdid etdiyinə görə 2 oyun cəzalanıb, klub 100 manat cərimələnib. Bununla yanaşı, Quba təmsilçisinin futbolçusu Baxşəli Baxşəliyev “Ağdaş”la oyununun 89-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 150 manat cərimələnib.
Komandanın digər üzvü Xaqan Məmmədov isə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzaya məruz qalıb. Onun hərəkəti klubu 50 manat ziyana salıb. Həmçinin, 5 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers Guba” əlavə 70 manat da ödəməli olacaq.
Quba klubu meydançaya kənar şəxslər daxil olduğuna görə əlavə 80 manat da cərimələnib.
Bizi Facebook-da izləyin



