
“Hakim səhvlərinin aradan qaldırılması ilə bağlı tədbirlər görürük” – AFFA prezidenti
AFFA Misli Premyer Liqasının oyunlarında hakim səhvlərinin aradan qaldırılması üçün tədbirlər görür.
Komanda.az xəbər verir ki, bunu assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib:
“Hakim səhvlərinin aradan qaldırılması ilə bağlı tədbirlər görürük. Bunların azaldılması yönündə iş gedir. Xətasız oyunlar olmur. İslahatların əsas məqsədi qərarların maksimal dərəcədə düzgün olmasıdır”.
AFFA rəhbəri milli komandanın perspektivi barədə fikirlərini bölüşüb:
“Ümid edirəm ki, millimiz də böyük çempionatların final mərhələsində olacaq. Komandaların əzmkarlıq göstərdiyini görmək çox sevindirici haldır. İnkişaf gedir. Bu, azarkeşlər üçün də müsbət haldır”.
Bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



