Hakim ikinci hissəyə bunu bilərək çıxdı – Kloop

“Liverpul”un baş məşqçisi Yurgen Klopp, Premyer Liqanın 25-ci turunda səfərdə “Vest Hem”lə qollu bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis 1:1 hesabıyla bitən matçı belə şərh edib:

“Qol vurduğumuz epizod ofsayd idi. Təxminən, hakim də ikinci hissəyə bunu bilərək çıxdı. Bu da bəzi epizodlarda qərarlarına təsir etdi. Bəlkə də, 1:1 hesabı ədalətli nəticə oldu.

Ən yaxşı oyunumuzu sərgiləyə bilmədik. Səhvlərimiz də oldu, çətin matç idi. Ancaq olan olub, qarşıdakı oyunlarımıza baxmalıyıq”.

“Liverpul” 25 turdan sonra 62 xalla 1-ci, “Mançester Siti” isə 59 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button