Türk futbolçu Rusiya klubunun diqqət mərkəzində

“Fənərbaxça”nın yarımmüdafiəçisi Mərt Hakan Yandaş Rusiya ÇSKA-sına keçə bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ordu klubu” 27 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer qiyməti ilə maraqlanır. Futbolçunun qiyməti rusları qane etsə, o, tezliklə ÇSKA-ya transfer oluna bilər.

Yandaş 2020-ci ilin avqustundan “Fənərbaxça”da çıxış edir. O, İstanbul komandasında 70 oyun keçirib, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.