Həsənalızadənin komandası səfərdən xalsız döndü

Türkiyənin 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Çorum”la qarşılaşıb və 1:2 hesablı məğlubiyyətə üzülüb.

Həsənalızadə bu oyunun sonunadək ehtiyatda qalıb.

“Tuzlaspor” hesabındakı 16 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button