“Hər zaman demişəm, Azərbaycan millisinin baş məşqçisi yerli mütəxəssis olmalıdır”

“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev yerli mütəxəssislərdən birinin futbol üzrə Azərbaycan milli komandasının “sükanı arxasına” keçməli olduğunu bildirib.

Komanda.az xəbər verir ki, o, bununla uğurlu nəticələrin gerçəkləşə biləcəyinə əmindir:

“Hər zaman demişəm, yenə də təkrarlayıram, Azərbaycan millisinin baş məşqçisi yerli mütəxəssis olmalıdır. Eyni zamanda, həmin məşqçiyə vaxt verilməlidir ki, o, işləyə, komandanı yığa bilsin.

Ona görə ki, bizim yaxşı milli komandamız, futbolçularımız var. Perspektivli və Avropa təcrübəsi olan oyunçulara sahibik. Məşqçi yerli olsa və ona bir az vaxt verilsə, məncə, nəticəsi də yaxşı olar. Əminəm ki, elə də olacaq”.

Xatırladaq ki, Canni De Byazinin postunda qalması təsdiqlənənə qədər yığmanın baş məşqçi mövqeyinə namizədlər arasında Tərlan Əhmədov və Rəşad Sadıqov yer alırdı.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button