“Hər şey “Neftçi”nin xeyrinə idi” – Sabiq federasiya prezidenti

Rusiya Futbol İttifaqının (RFİ) keçmiş prezidenti Vyaçeslav Koloskov Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin Rusiya “Arsenal”ını mübarizədən kənarlaşdırmasına münasibətini bildirib.

Komanda.az xəbər verir ki, “Sport-express” qəzetinə danışan Koloskov, “Neftçi”nin güclü komanda olduğunu deyib:

“Mən hələ ilk matçda başa düşdüm ki, rəqib güclüdür. Bakıda isə meydan sahibləri bir çox göstəricidə tulalıları üstələdi. İlk növbədə isə fərdi ustalıqda.

“Arsenal” da meydan sahibi kimi sərt oynayırdı. Zərbəyə zərbəylə cavab verirdilər. Amma bununla da müqayisə başa çatır. Qalan hər şey “Neftçi”nin xeyrinə idi. Sürət, texnika, fərdi keyfiyyətlər, oyun qavrama “Neftçi”də yüksək idi”.

İlk oyunda “Arsenal”ı 1:0, cavab matçında isə 3:0 hesabıyla məğlub edən “Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib. “Ağ-qaralar” bu mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button