“Hər şey daha da pis ola bilər” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan komandanın koronavirusa yoluxan futbolçuları Eden Hazard və Kazemironun vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, iki futbolçunun da yaxşı olduğunu bildirib:

“Həm Hazard, həm də Kazemiro yaxşıdır. Baş verənlərdən məmnun deyillər, amma psixoloji olaraq yaxşıdırlar. Bu kimi hallar baş verə bilər, bunları qəbul etməliyik. Vəziyyətə adaptasiya olmağımız lazımdır. Hər şey daha da pis ola bilər. Eyni hal Eder Militaoda da baş verdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button