“Hər şey 5 saniyədə bitdi” – “Ayaks”ın futbolçusu

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Tottenhem”ə 2:3 hesabı ilə məğlub olan “Ayaks”ın müdafiəçisi Matteys de Liqt matçdan sonra açıqlama verib.

Komanda.az Holandiya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, bütün şanslarının 5 saniyədə bitdiyini deyib:

“Bu, bir yuxu kimi idi. Xoşbəxt sonluğa çox yaxın idik. İkinci hissədə bizə nə olduğunu bilmirəm, çox axmaq səhvlər etdik. Hakim oyunun sonuna bir dəqiqə qaldığını bildirəndə, mübarizə aparmalı olduğumuzu bilirdik. Oyunun yekunlaşdığını düşünürdük, amma hər şey 5 saniyədə bitdi. Sanki yer ayaqlarımın altından çəkildi. Final oyununa çox yaxın idik.

Matçdan sonra paltardəyişmə otağında ölü səssizlik vardı. Nə qədər acı olsa da, möhtəşəm bir macəra idi. Bundan sonra Hollandiya çempionu olmaq üçün mübarizə aparacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button