“Hər qərara etiraz edə bilmərik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubu 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar. 3:0 hesabıyla rahat qalib gəldiyimiz düşünülə bilər, ancaq asan olmadı. İlk qoldan sonra “Keşlə” təzyiqlər göstərdi. Onlara uğurlar arzulayıram.
  • Bu gün Araz Abdullayevin ad günü idi. Qələbəni Araz Abdullayevə həsr edirsizmi?
  • Bunu futbolçular qeyd edəcək.
  • 13-cü turdan bu yana böyük hesabla qalib gəlirsiz. Bu, nə ilə bağlıdı? Bir növ “Neftçi”yə “çempion bizik” demək istəyirsiz?
  • “Neftçi” fikri yoxdu. Biz özümüzü göstərmək üçün futbol oynamırıq. Bu hesablar dünya futbolunda da çox olur. Ən vacib oyunlarda da belə qələbələr olur. Hər oyunda daha istəkli olmalıyıq.
  • Bu gün “Sabah” Təmkin Xəlilzadəni intizamsızlığa görə komandadan uzaqlaşdırdı. Uzun müddət millidə sizin rəhbərliyiniz altında çalışıb. Onda da intizamsızlığı vardımı?
  • Bu haqda bir şey demək düzgün olmaz. Milli komandada olanda hər futbolçudan razı idim, eləcə də Təmkindən.
  • Bu qələbədən sonra “Neftçi”dən 5 xal öndəsiz…
  • Yanvardan sonra bildirmişdim ki, hamı xal itirə bilər. Qarşıdakı 3 oyun göstərəcək nəticəni. Hər komanda xallar uğrunda mübarizə aparır. Hamı nəticə üçün oynayır. Bizim hər birimiz üçün çətin olacaq. Bunlara hazır olmalıyıq.
  • Azərbaycan kubokunun finalının Naxçıvanda keçirilmək ehtimalına münasibətiniz necədi?
  • Buna biz qərar vermirik. Hər qərara etiraz edə bilmərik. İstərdik ki, yaxşı stadionda oynayaq. Yəqin bölgələrdə futbolu yada salmaq üçün bu addımı atırlar. Məşqçi kimi fikir bildirməyim düz olmaz. Finala çıxsaq, harda olsa, gedib meydana çıxmağa hazır olacağıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button