Artetadan “Fənərbaxça” ilə anlaşdığı deyilən Özillə bağlı açıqlama

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta “Fənərbaxça” ilə anlaşdığı deyilən Məsut Özillə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Arteta, Özilin tezliklə “topçular”dan ayrıla biləcəyini bildirib:

“O, artıq istədiyi klubla danışıq apara bilər. Hər iki tərəf gələcəyi düşünməlidir. Transfer şərtləri həm onun, həm də bizim üçün sərfəli olsa, Məsut komandadan ayrılacaq. Əks halda, o, cari mövsümün sonunadək “Arsenal”da qalacaq. Qarşıdakı günlərdə hər şey müəyyənləşəcək”.

Özilin adı “Arsenal”ın cari mövsüm üçün nəzərdə tutulan sifariş ərizəsinə salınmayıb. Onun “Fənərbaxça” ilə anlaşdığı və klubla 3,5 illik müqaviləyə imza atacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button