“Salaha hörmət etməliyik” – Makallister

“Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Makallister Yurgen Kloppun komandasında hər zaman penalti oyunçusu olmaq istəyi ilə bağlı sualı cavablandırıb. O, İngiltərə Premyer Liqasının 28-ci turunun matçında “Mançester Siti”nin qapısına (1:1) təyi olunmuş 11 metrlik zərbəni qola çevirib. Bundan başqa, argentinalı futbolçu Avropa Liqasının 1/8 final mərhələsinin “Sparta” ilə ilk oyununda (5:1) da qol vurub.

Komand.az “Anfild”-ə istinadən xəbər verir ki, Makallister penalti məsələsində Məhəmməd Salaha hörmət etməli olduqlarını bildirib:

“Brayton”da oynayanda bir dəfə zərbəni qaçırdım. Bu, “Vulverhempton”la matçda idi. Amma sonra bizə iki penalti verildi, ikincini isə mən qola çevirdim. Mən bunu etməyi sevirəm. Lakin həmişə olduğu kimi, Məhəmməd Salaha hörmət etməliyik. O, uzun müddətdir ki, 11 metrlik zərbələri endirir. Buna görə də, meydanda olanda penaltiləri o vurur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button