“Hədəfimiz qrupda birinci yeri tutmaqdır” – “Bayer” rəsmisi

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi olan “Bayer” (Leverkuzen) klubunun baş direktoru Fernando Karro püşkatma haqda danışıb.

Komanda.az xəbər verir ki, Almaniya klubunun baş direktoru açıqlamasında bunları dilə gətirib:

“Ötən mövsümdəki yarımfinalın eyforiyası bizi daha çoxunu istəməyə vadar edir. Yenidən turnirdə irəliləməliyik. Hədəfimiz qrupda birinci yeri tutmaqdır”.

“Bayer”in H qrupundakı rəqibləri Azərbaycan çempionu “Qarabağ”, həmçinin “Hakken” (İsveç) və “Molde” (Norveç) klublarıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button