“Hədəfimiz A Liqasına vəsiqə qazanmaqdır” – Azərbaycan millisinin baş məşqçisi

“Çimərlik futbolu üzrə Azərbaycan millisinin hədəfi sentyabrda İtaliyada təşkil olunacaq Avropa Superfinalında finala yüksələrək, A Liqasına vəsiqə qazanmaqdır”.

Komanda.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Sahib Məmmədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Avropa çempionatının 1-ci seçmə mərhələsinin (EBSL) İspaniyada keçirilən matçlarını dəyərləndirib:

“Qrupun son oyununda Litvaya məğlub olsaq da, ilk iki matçda qalib gəldik və Superfinala vəsiqə qazandıq. Bununla da, əsas vəzifənin öhdəsindən gəldik. Litva ilə görüşdəki nəticəni yorğunluqla əlaqələndirərdim. Çünki İngiltərə ilə ilk qarşılaşmada çox güc sərf etməli olmuşduq. Onsuz da Litva ilə görüşün nəticəsindən asılı olmayaraq, Superfinala vəsiqəni təmin etmişdik. Sadəcə, son matç qrup birincisini müəyyənləşdirəcəkdi. Bundan sonrakı hədəfimiz isə sentyabrda İtaliyada təşkil olunacaq Avropa superfinalında finala yüksələrək, A Liqasına vəsiqə qazanmaq olacaq”.

B Liqasının A qrupunda İngiltərə (5:4) və Belçikaya (11:2) qalib gələn milli komanda Litvaya (3:4) məğlub olub. 5 xalla qrupu ikinci pillədə başa vuran komanda sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək superfinala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button