DÇ-2022: “Yarımfinala qədər irəliləmək istəyirik” – Silva

Portuqaliya milli komandasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva DÇ-2022-nin ikinci turunun Uruqvay ilə görüşünü (2:0) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in futbolçusu Uruqvay yığması haqda fikir bildirib:

“Çox xoşbəxtik. Bu asan deyildi. Uruqvay həm müdafiə futbolu, həm də əks-hücum oynayan çox güclü komandadır. İkinci hissədə komandamız yaxşı çıxış etdi”.

Silva turnirin qalibi olmaq üçün sona qədər mübarizə aparacaqlarını deyib:

“Yarımfinala qədər irəliləmək istəyirik. Turnirdə qalib gəlmək üçün mübarizə aparacağıq. Güclü komandalar çoxdur, amma hədəfə çatmaq üçün çalışacağıq”.

H qrupuna 6 xalla Portuqaliya yığması başçılıq edir. Onlar pley-off mərhələsinə vəsiqəni təmin etməyi bacarıb. Qana ikinci, Cənubi Koreya üçüncü, Uruqvay isə sonuncu pillədə yer alır.

Dekabrın 2-də Uruqvay Qana ilə, Portuqaliya isə Cənubi Koreya ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button