Həbib Nurməhəmmədovdan Mourinyonun məğlubiyyətinə reaksiya

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov “Roma”nın baş məşqçisi Joze Mourinyonun Avropa Liqasının finalında “Sevilya”ya məğlubiyyətini (1:1, penaltilər – 1:4) şərh edib.

Komanda.az xəbər verir ki, Nurməhəmmədov sosial şəbəkədəki hesabında portuqaliyalı mütəxəssisin fotosunu paylaşaraq, “O, xüsusidir” yazıb.

“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyo isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib. Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button