Etirazçıları ələ salan həyat yoldaşına görə klubdan qovuldu

ABŞ-ın “Los Anceles Qalaksi” klubu futbolçusu Aleksandar Katai ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, ayrılığın səbəbi açıqlanmayıb.

Xarici mətbuat isə Katainin komandadan ayrılmasının səbəbinin həyat yoldaş Tea Katai olduğunu iddia edir. İddiaya görə, buna Teanın ölkədəki etirazlarla bağlı sosial şəbəkə hesabından ediyi paylaşımlar səbəb olub. O, paylaşımlarında Afrika kökənli Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etirazları lağa qoyub, etirazçılara qarşı irqçi ifadələrə yer verib. Bu paylaşımlar “Los Anceles Qalaksi”nin azarkeşlərinin qəzəbinə səbəb olub.

Mayın 25-də Floyd polis tərəfindən irqçiliyə məruz qalaraq, öldürülüb. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.