Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olundu

Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq. 

Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, buna ermənilərin yarışı yarımçıq tərk etməsi səbəb olub. 

51 kq-da 1/4 final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb. Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finalda rəqibi Frank Roman Samuel (Rumıniya) – Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq. 

Qarşılaşma noyabrın 13-də keçiriləcək. 

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button