“Hər zaman milli komanda üçün ən yaxşısını etməyə çalışmışam”

Futbol üzrə Qətər yığmasının qapıçısı Saad Əl-Şib Azərbaycan milli komandasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, bütün karyerası ölkəsinin “Əl-Sədd” klubundan ibarət olan 31 yaşlı qolkiper bu gün Macarıstanda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Lüksemburq yığması ilə oyunda mənə şans verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Hər zaman milli komanda üçün ən yaxşısını etməyə çalışmışam. İlk oyunda uğurlu çıxış etməyimdə komanda yoldaşlarımın da köməyi oldu”.