“Hər zaman göstərmək istədiyimiz oyun budur” – Klopp

İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə “Çelsi”yə 2:0 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni transfer Tyaqo Alkantaranın oyunu barədə danışan alman mütəxəssis, “qırmızılar”ın çıxışından razı qaldığını bildirib:

“Hər iki komanda əla oyun göstərdi. İkinci hissədə daha fərqli oyun oldu, 10 nəfərə qarşı mübarizə aparırdıq. İlk hissədəki oyunumuzu bəyəndim, daha sonra rəqib qırmızı vərəqə aldı və oyunun gedişi dəyişdi. Bu oyun bizim üçün çox çətin oldu, amma öhdəsindən gəldik, bunun üçün xoşbəxtəm.

Hər zaman göstərmək istədiyimiz oyun budur. Bu oyunda komandanın istədiyimiz futbolu oynadığını gördüm”.