“Hər həftə mənim haqqımda danışırlar” – Feliks

“Barselona”nın hücumçusu Joao Feliks “Atletiko” ilə oyunda (1:0) performansını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu həmişə diqqət mərkəzində olduğunu bildirib:

“Hər həftə mənim haqqımda danışırlar. Həmişə diqqət mərkəzindəyəm. Mən sakitəm, başqalarının dediklərinə fikir vermirəm. Daha yaxşı oyunçu olmaq üçün çalışıram. Məni yaxşı qəbul edən kluba və komanda yoldaşlarıma köməyə görə təşəkkür edirəm. “Atletiko”dakı bütün keçmiş komanda yoldaşlarımla yaxşı münasibətim var. Onlar bilirlər ki, mənim onlarla heç bir problemim yoxdur. Mən hələ Dieqo Simeone ilə yolları kəsməmişəm”.

Qarşılaşmada yeganə qolu 24 yaşlı oyunçu vurub.

Feliks “Barselona”nın heyətində 17 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button