Həndbol: “Qarabağ” qələbə qazandı

Qadın həndbolçular arasında Azərbaycan çempionatında 4-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Qarabağ” “İdman Akademiyası” komandasını 43:16 hesabı ilə məğlub edib. Növbəti matçda isə “Azəryol” “Bakı”ya qalib gəlib – 42:7.

4-cü turun “Gənclər Birliyi” – “Kür” görüşü dekabrın 9-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button