“Yaxın gələcəkdə bu oyunçularla bağlı danışıqlara başlayacağıq” – Laporta

“Barselona” müdafiəçisi Joao Kanselo və hücumçusu Joao Feliksi cari mövsümün sonunda icarə müqavilələri başa çatdıqdan sonra komandada saxlamaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Xuan Laporta danışıb:

“Kanselo və Feliks bizə qoşulandan bəri yüksək səviyyədə oynayırlar. Klub onları növbəti mövsümlərdə də komandada saxlamağı planlaşdırır. Yaxın gələcəkdə bu oyunçularla bağlı danışıqlara başlayacağıq. Çünki bizim həm “Mançester Siti”, həm də “Atletiko” ilə yaxşı münasibətlərimiz var”.

Daha əvvəl mətbuatda “Barselona”nın Kanselo üçün 15 milyon avrodan çox pul ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button