“Real” rəqiblərə boşluqlar verərək oynayır” – “Ayaks”ın futbolçusu

“Ayaks”ın futbolçusu Matteys de Liqt, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a 4:1 hesabı ilə qalib gəldikləri cavab matçından sonra açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, mərhələni keçəcəklərinə əvvəldən inandığını deyib:

“Bunun mümkün olduğunu bilirdik. “Real” rəqiblərə boşluqlar verərək oynayır. Futbol oynamağa cəsarət etsəz, “Real” çətinlik yaşayar. Biz də hər oyunda öz oyunumuzu oynamağa çalışan bir komandayıq. İlk oyunumuzda da belə olmuşdu. Onda da nələr edə biləcəyimizi göstərmişdik. “Real”a qarşı təhlükəli epizodlar yaradacaq səviyyəmiz vardı. Bu gün ilk şansımızda qol vurduq. Hələ optimal vəziyyətimizdə deyilik, amma yaxşı oynadıq”.

“Ayaks”ın 1/8 final mərhələsindən sonra nə qədər irəliləyə biləcəyi ilə bağlı suala hollandiyalı futbolçu, “Bu gün son çempionu mübarizədən kənarlaşdırdıq. Bizim üçün 1/4 final mərhələsi də çox vacibdir” cavabını verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button