“Gənclər”dən bir gündə iki məğlubiyyət

Volyebol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib

Komanda.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında 14-cü tura start verilib.

Turun ilk oyun günündə “Murov Az Terminal” və “Gənclər” komandaları üz-üzə gəliblər. Abşeron Olimpiya İdman Kompleksində baş tutan matç “Murov Az Terminal”ın 3:0 (25:16, 25:14, 25:14) hesablı qələbəsi ilə başa çatıb.

Qadınlar arasında yarışda isə 13-cü tura yekun vurulub. Son matçda “Gəncə” kollektivi “Gənclər”i 3:0 (25:10, 25:10, 25:9) hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button