20 yaşlı futbolçu koronavirusdan öldü

Gürcüstanın “Vit Corciya 2” komandasının futbolçusu Vaxtanq Çarkviani vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu koronavirusdan ölüb.

12 gün öncə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Vaxtanq Çarkviani Tbilisi “Dinamo”sunun yetirməsidir. O, Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət yığmasında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button