“Qolumu müharibədə şəhid olmuş bütün həmvətənlərimə həsr etdim” – Qurbanov

Gürcüstanın “Samtrediya” klubunun azərbaycanlı futbolçusu Nicat Qurbanov yerli çempionatda “Meran”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Qurbanov, 2:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Meran”la yaxşı oynadıq. Oyunun əvvəlində qol buraxdıq, ancaq qələbə üçün hər şeyi etdik. Növbəti oyunlarda da belə mübarizə aparsaq, əlimizdən gələni etsək, mütləq nəticə olacaq”.

Qurbanov, komandasının 2-ci qolunu vurduqdan sonra bunu əsgər salamı ilə qeyd etməsindən də danışıb:

“Bu jestlə qolumu müharibədə şəhid olmuş bütün həmvətənlərimə həsr etdim. İndi onların ailə üzvləri və qohumları çətin vəziyyətdədir. Mən də onlara öz dəstəyimi bildirmək istədim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button